23 aprel

Pezeşkian Azərbaycana səfər ərəfəsində nazirləri topladı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana planlaşdırılan səfəri öncəsi ölkəsinin hökumət nümayəndələri ilə koordinasiya müşavirəsi keçirib.

Təhlil.az xəbər verir ki, yüksək səviyyəli görüşdə nazirlərlə yanaşı, Mərkəzi Bankın rəhbəri, Prezidentin siyasi müşavirləri və Azərbaycanla sərhəddə yerləşən vilayətlərin qubernatorları iştirak ediblər.

Müşavirədə İranla Azərbaycan arasında mövcud ikitərəfli münasibətlər, onların son dinamikası və gələcək əməkdaşlıq imkanları müzakirə edilib. Ticarət, energetika, nəqliyyat və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi yolları nəzərdən keçirilib.

Prezident Pezeşkian bildirib: “İki ölkə və iki xalq arasında əməkdaşlıq imkanları olduqca geniş, dərin və müxtəlifdir. Bakı və Tehran arasında münasibətlərin bərpa prosesi davam edərsə, biz bu potensialın reallaşmasının, əlaqələrin sürətlə və ciddi şəkildə inkişaf etməsinin şahidi olacağıq”.

Qeyd edək ki,Məsud Pezeşkianın yaxın günlərdə Azərbaycana rəsmi səfəri gözlənilir.

SORĞU

Məktəb direktorlarının fəaliyyəti

Respondentlərin cavabları əsasında təhlil apararaq mövcud vəziyyəti vətəndaşlara çatdırır.